Mahir Emreli yeni mövsümdə ilk qolunu vurdu Yenilənir

17.08.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" Almaniya kubokunda mübarizəyə başlayır.

QOL.az xəbər verir ki, komanda bu gün 1-ci mərhələdə 5-ci liqa təmsilçisi "Ayntraxt 1949"un qonağıdır.

Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Artıq matçın heyətləri açıqlanıb. Mahir start heyətdə yer alıb. O, 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, Emrelinin yeni mövsümdə ilk qoludur.

17:30. "Ayntraxt" - "Kayzerslautern" - 0:2 (Birinci hissə)

Qollar: Kunze 11, Mahir Emreli, 15

Qeyd edək ki, "Kayzerslautern" 1990 və 1996-cı illərdə  Almaniya kubokunu qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью