Mahir Emreli zədələndi meydana çıxa bilməyəcək.

31.08.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью