Mahir Emrelidən 2 ci qol Yenilənir

18.05.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşır. Görüş Bakı vaxtı ilə 17:30-da başlayıb. 

Mahir də bu matçda iştirak edir. O, oyuna start heyətdə başlayıb. 

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunudur. 

Emreli 10-cu dəqiqədə hesabı açıb. Mahir 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 45 xalla 10-cu, "Ayntraxt Braunşvayq" isə 35 xalla 16-cıdır. 

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью