Mahir Emrelidən qələbə PAYLAŞIMI

10.08.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın II Bundesliqasında “Şalke”yə qarşı qarşılaşmada (1:0) “Kayzerslautern”in heyətində meydana çıxan Mahir Emreli oyundan sonra azarkeşlərə minnətdarlığını bildirib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Hücumçu qələbənin asan olmadığını vurğulayıb: “İlk qələbə heç vaxt asan olmur, lakin inanılmaz dərəcədə vacibdir. Möhtəşəm dəstəyinizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, oyuna start heyətdə çıxan Mahir Emreli 72-ci dəqiqədə əvəzlənib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью