Mahir Emrelinin ardıcıl 4cü qolunun Videosu+Yenilənib | Icma.az
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu gün Almaniya 2-ci bundesliqasında 11-ci turun oyunları davam etdirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” səfər matçında “Hamburq”la qarşılaşıb.
M.Emreli əsas heyətdə yer alıb. M.Emreli 63-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub - 1:1.
Bu, onun komandasında ardıcıl 4 oyunda 4-cü qolu olub (3-ü Liqa, 1-i kubok oyununda). 65-ci dəqiqədə Emreli sarı vərəqə alıb.
68-ci dəqiqədə isə Emreli Lukas Shhemilerlə əvəzlənib. Bu zaman onun məyusluğu diqqət çəkib. Oyun isə 1:1 hesabı ilə yekunlaşıb.
Bu heç-heçə sayəsindı xalını 17-ə çatdıran “Nürnberq” isə 6-ci yerə yüksəlib.
Xatırladaq ki, M.Emreli daha öncə 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub.
O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib. Qolun videosu Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklər
Tam oxu
Xəbəri oxu