Mahir Emrelinin baş məşqçisi istefa verdi

31.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Mahir Emrelinin baş məşqçisi istefa verdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçi Davit Kroçeklə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. May ayından klubu çalışdırmağa başlayan 37 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Qeyd edək ki, Kroçekin dövründə “Rakuv” 14 oyuna çıxıb. Komanda bu görüşlərin 6-da qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqasının 4-cü təsnifat mərhələsinə qədər irəliləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью