Mahir Emrelinin bilək sümüyü qırıldı

29.04.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

 Almaniya II Bundesliqasında çıxış edən "Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli zədələnib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.

Hazırda zədə cərrahi müdaxilə olmadan (konservativ üsulla) müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.

Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda  komandasının 2-ci qolunu vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью