Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb

01.11.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью