Mahir Emrelinin komanda yoldaşı Çelsiyə keçə bilər

18.12.2024

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mahir Emrelinin "Nürnberq"də komanda yoldaşı olan Stefanos Tzimas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" yunan hücumçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

London klubu müqavilə ilə PAOK-a məxsus olan 18 yaşlı forvardın çıxışını yaxından izləyir. "Çelsi" gələn ilin yayında gənc forvardı heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Nürnberq" Stefanos Tziması mövsümün əvvəlində icarəyə götürüb. Yunanıstan U-21 millisinin üzvü II Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью