Mahir Emrelinin komanda yoldaşı həmyerlimizin “Nürnberq”də qalmasını arzulayır

23.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Berlin, 23 aprel, AZƏRTAC

Almaniyanın ikinci futbol liqasında mübarizə aparan “Nürnberq” klubunda çıxış edən Mahir Emrelinin komanda yoldaşı, yarımmüdafiəçi Yulian Yustvan həmyerlimizin komandada qalmasını arzulayır.

AZƏRTAC xəbər verir ki, futbolçu “Bild” qəzetinə açıqlamasında Mahir Emreli ilə uzun müddət birlikdə çıxış etmək istədiyini bildirib: “Mahir çox yüksək keyfiyyətlərə malik futbolçudur. Əgər oyuna tam konsentrasiya olsa və öz potensialını meydanda göstərsə, bizə böyük faydası dəyə bilər. Onun komandada qalmasına çox sevinərdim”.

Futbolçumuz cari mövsümdə “Nürnberq”də 7 qol vurub. Bu qolların beşinin məhsuldar ötürməsi məhz Yulian Yustvana məxsusdur. “Paderborn”a qarşı görüşdə erkən qola imza atan Mahir Emreli qol sevincini Yulian Yustvan ilə birgə əyləncəli şəkildə qeyd edib.

Alman futbolçu bu barədə bildirib: “Oyundan əvvəl razılaşdıq ki, əgər o, mənim ötürməmi qola çevirsə, sevincimizi birgə nümayiş etdirərik. Mahir zarafatcıl insandır. O, bu jestlə, mənə təşəkkür etdi”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью