Mahir Emrelinin komandası da mərhələ adladı

13.08.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mahir Emrelinin komandası da mərhələ adladı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakov” (Polşa) bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçin “Hammarbü” klubu ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, matç "Rakov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda İsveç təmsilçisi ilə qolsuz bərabərliyə razılaşan "Rakov" hər iki qarşılaşmanın nəticəsinə əsasən "pley-off"a vəsiqə qazanıb.

Görüşün yeganə qolunu 45+2-ci dəqiqədə Svarnas vurub.

Qeyd edək ki, Mahir Emreli matça start heyətində başlayıb. O, 67-ci dəqiqədə sarı vərəqə alıb və 73-cü dəqiqədə əvəzlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью