Mahir Emrelinin komandası darmadağın oldu “Rakuv” sonuncu pillədə

10.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Polşa çempionatının 10-cu turu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” üçün uğursuz nəticələnib.

İdman.Biz xəbər verir ki, Çenstoxova təmsilçisi öz meydanında “GKS Katovitse” ilə qarşılaşıb və rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Start heyətində yer alan Mahir Emreli 61 dəqiqə meydanda olub. Azərbaycanlı hücumçu komandasının 1:3 hesabı ilə geridə olduğu vaxt Adam Basse ilə əvəzlənib.

Bu məğlubiyyətdən sonra “Rakuv” 10 oyunda topladığı 3 xalla 18 komanda arasında sonuncu pillədə qalıb. “GKS Katovitse” isə 15 xalla doqquzuncu sırada qərarlaşıb.

Polşa çempionatının turnir cədvəlinə 22 xalla “Qurnik Zabrje” başçılıq edir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью