Mahir Emrelinin komandası heçheçə etdi

01.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

Teleqraf.com xəbər verir ki, komanda 14-cü turda öz meydanında “Düsseldorf"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə başa çatıb.

Mahir start heyətdə yer alıb və 74-cü dəqiqədə Lukas Şlaymerlə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" turnir cədvəlində 19 xalla 12-ci, "Düsseldorf" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

1 dekabr

"Nürnberq" - "Düsseldorf" - 2:2

Qollar: Yelts, 15 (1:0), Yohanesson, 67 - pen. (1:1), Tzimas, 85 (2:1), Yustvan, 90+1 - avtoqol (2:2)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью