Mahir Emrelinin komandasının hazırlıq planları açıqlandı

24.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandasının - Almaniyanın "Nürnberq" klubunun təlim-məşq toplanışına başlayacağı vaxt bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı II Bundesliqa təmsilçisinin rəsmi saytı yayıb.

Sözügedən kollektiv yanvarın 4-də klubun bazasında bir araya gələcək. Bir gün sonra start götürəcək hazırlıq prosesi 7 gün davam edəcək.

"Nürnberq" yanvarın 12-də iki sınaq matçı ilə toplanışı yekunlaşdıracaq.

Qeyd edək ki, 17 tura 22 xal toplayan "Nürnberq" II Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью