Mahir Emrelinin qolu Nürnberq tərəfindən ən yaxşı seçilib

28.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının IX turunda "Qroyter Fyurt" komandasına vurduğu qol çıxış etdiyi "Nürnberq" klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.

"Report" xəbər verir ki, 27 yaşlı hücumçunun qolu "top 10"da birinci yerə layiq görülüb.

Forvardın XI turda "Hamburq"un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm transfer olduğu "Nürnberq" klubunda 4 qol vurub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью