Mahir Emrelinin Seul a keçidi niyə baş tutmadı? Çin klubu transferə təsir etdi

26.02.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Cənubi Koreya klubuna keçidi təxirə düşüb.

Sportal.az saytına verilən məlumata görə, buna səbəb “Seul”da əcnəbi oyunçular üçün maaş limitinin olmasıdır. Məsələ burasındadır ki, "Seul" 2 futbolçunu Çin klubuna keçidinə razılıq veribmiş. Məhz belədə, həmin legionerlərdən qurtularaq, Mahiri heyətə qatmaq istəyib. Amma bunun baş verməməsi, Emrelinin də Cənubi Koreya təmsilçisinə keçidinə mane olub. Çinlilər həmin legionerlərin xidmətindən imtina etdi.

Mahirin bu kluba keçib-keçməyəcəyi mövsümün sonunda həllini tapacaq. Qeyd edək ki, millimizin üzvü “Nürnberq” yayda 1+1 illik müqavilə imzalamışdı.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью