Mahir Emrelinin transfer qiyməti açıqlandı

26.02.2025

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Nürberq”in futbolçusu Mahir Emrelinin transfer qiyməti açıqlanıb.

Sfera.az verir ki, Azərbaycan millisinin hücumçusunu heyətinə qatmaq istəyən klub 27 yaşlı fovarda görə Almaniya təmsilçisinə 500 min avro ödəməlidir. Bu barədə “Bild” nəşri məlumat yayıb.

Hazırda Cənubi Koreyanın “Seul” klubu Emrelinin xidmətində maraqlıdır. Lakin tərəflər arasında danışıqlar prosesində durğunluq yaşanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью