Mahir Emrelinin yeni klubu məlum olub

18.06.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin yeni komandasının adına aydınlıq gəlib.

Modern.az xəbər verir ki, Azerisport.com-un məlumatına görə, hücumçu karyerasını Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”də davam etdirəcək.

27 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Ötən mövsüm 2-ci Bundesliqada 7-ci yeri tutan “Kayzerslautern” növbəti “futbol ili”ndə qarşısına elitaya yüksəlmək hədəfini qoyub.

Qeyd edək ki, Mahir Emreli 2024/25 mövsümündə “Nürnberq”in heyətində 2-ci Bundesliqada 24 oyunda 10 qol və 1 məhsuldar ötürməylə yadda qalıb. O, Almaniya Kubokunda daha 1 dəfə rəqib qapısına yol tapıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью