Mahir Emreliyə bu səbəbdən töhmət verildi

03.12.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.

Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib və ora ziyan vurub.

Qeyd edək ki, görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı - 1:3.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью