Mahir Emreliyə şans vermədilər

27.09.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya II Bundesliqasında VII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Paderborn"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir bu matçın iştirakçısı olmayıb. 28 yaşlı hücumçunun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

7 turdan sonra 12 xal toplayan "Kayzerslautern" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью