Mahir gələcəyi barədə danışdı daha bir klub onu istəyir

19.05.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “Nürnberq” karyeramda çox gözəl bir dövr oldu. Bu şəkildə vida edə bildiyimə görə sevinirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin üzvü Mahir Emreli Almaniya klubu ilə çıxdığı son oyundan sonra danışıb. “Nürnberq”dən ayrılacağı dəqiqləşən futbolçu gələcək karyerası ilə bağlı bunları deyib:

“Menecerimə dedim ki, mövsümün sonuna qədər məni rahat buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Mənim üçün vacib olan son günə qədər bütün diqqətimi yalnız “Nürnberq”ə yönəltmək idi”.

Xatırladaq ki, BİLD nəşri  2-ci Bundesliqa klublarından olan “Kayzerslautern”in Mahiri transfer etmək istədiyini iddia edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью