Mahir gözləntilər…

04.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Mahir Emreli hələ Polşa karyerasına başlayanda, xatırlayıram ki, İdman TV-nin efirində, “Mahir yeni nəsil futbolçu cərgəsində ən yaxşısıdır. O, öz potensialını doğru dəyərləndirə bilsə, Polşadan Almaniyaya, daha böyük liqalara transfer oluna bilər” – demişdim. Mahir artıq Almaniyadadır və üç oyundur ki, “dağıdır”…

II Bundesliqa kifayət qədər nüfuzlu meydandır və köklü “Nürnberq”də oynamaq, Miroslav Kloze kimi adın rəğbətini qazanmaq elə-belə məsələ deyil.

Təəssüf ki, uğurlu davam edən Polşa karyerası yarı bəxtsizlik, yarı səriştəsizlik üzündən yarımçıq qaldı. Ancaq Mahirin ordan Xorvatiyaya gedişi də yanlış idi. Hansı səbəb və məntiq əlaqəsindən doğan qərar idi, onu bilmirik, lakin futbol məntiqi də bariz göstərirdi ki, Xorvatiya liqası Mahir üçün o qədər də uyğun arena deyil.

Orada Mahir kimi texnikalı futbolçular çoxdur. Bu və digər amillərin təsiriylə istedadlı gəncimizin “Dinamo” Zaqreb macərası dar məcradan çıxa bilmədi.

Bu yay “Nürnberq”ə keçid isə xeyli pozitiv proqnozlara səbəb oldu. Atletik keyfiyyətləriylə driblinq bazası Mahirə Almaniyanın ikinci liqasında özünü “suda balıq kimi hiss eləmək” imkanı açdı. İlk üç oyunda üç qol (1 kubok, 2 liqa) – mümkünün ən yaxşı həddi…

Bundan sonra bonuslarını artırmağa Mahir üçün ən vacib olan meyar – intizamı qorumaq və psixoloji.

Gedişat Mahiri daha böyük liqalara daşıya bilər. O, bununla gənc futbolçularımız üçün Avropaya cığır açmış olacaq.

Futbol bəxti üz döndərməsin!

Elçin Cəlilov

Əsas xəbərlər, Ölkə futbolu Mahirin qolu “Nürnberq”ə bir xal qazandırdı

3 Noyabr 2024, 19:22

Əsas xəbərlər, Ölkə futbolu Mahirin qolu “Nürnberq”i xilas etmədi

31 Oktyabr 2024, 1:44

Əsas xəbərlər, Ölkə futbolu Mahirli “Nürnberq” Bundesliqa komandası ilə qarşılaşacaq

30 Oktyabr 2024, 12:18

Əsas xəbərlər, Ölkə futbolu Klozedən Mahir Emreli ilə bağlı AÇIQLAMA

29 Oktyabr 2024, 12:19

Əsas xəbərlər, Ölkə futbolu Mahir qol vurdu, “Nürnberq” darmadağınla qələbə qazandı

25 Oktyabr 2024, 23:25

Əsas xəbərlər, Ölkə futbolu Mahir Emreli “Roma” ilə Nainqqolanla mübahisəsindən danışdı

22 Oktyabr 2024, 14:29

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью