Mahir “Kayzerslautern”də ilk oyuna çıxdı və qol vurdu

28.06.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.

QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə almanların heyəti tamamilə dəyişib. Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşan matçda komandasının 5-ci qolunu (43-cü dəqiqədə) vurub.

Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью