Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” 2-ci bundesliqada növbəti oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, “qırmızı iblislər” 19-cu turda lider “Şalke-04”ün qonağı olub və 2:2 hesablı heç-heçəyə razılaşıb. O başqa məsələ ki, komanda bu matçda qalib gələ də bilərdi. Qonaqlar 61-ci dəqiqədə meydana çıxan İvan Prtayinin cəmi bir neçə saniyə sonra vurduğu qolla hesabı açıb. Xorvatiyalı hücumçu 83-cü dəqiqədə fərqi artırıb. Lakin “Kayzerslautern” 87-ci və 90-cı dəqiqədə buraxdığı qollar üzündən səfərdən məyus qayıdıb.
Xəbər verdiyimiz kimi, Mahir zədə üzündən bu matçı buraxıb. Onun növbəti görüşdə - yanvarın 31-də “Elversberq”ə qarşı keçiriləcək matçda meydana çıxacağı gözlənilir. Xalını 31-ə çatdıran “Kayzerslautern” hazırda 6-cı pillədədi.
KƏNAN BAHADIR