Mahir komandasının kollektiv məşqinə qatılmayıb

14.05.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ötən gün kollektiv məşqə qatılmayıb.

Apasport.az xəbər verir ki, bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu Ondrey Karafiat və Stefanos Tzimasla birlikdə fərdi şəkildə məşq edir.

Qeyd edək ki, Mahir Emrelinin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Komanda çempionatın sonuncu turunda "Ayntraxt" (Braunşveyq) klubu ilə üz-üzə gələcək. Mayın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Abbas Hüseynov: "Kişi və idman xarakterin oldusa..." "Sumqayıt"a kim yaraşar: Uğuru, yoxsa pulu düşünən? Emil Mustafayev: "İndidən başqa məsələ haqda düşünmürəm" Əvəzedicilər Liqası: XXXV turun oyun cədvəli AFFA nümayəndəsi UEFA-nın forumunda iştirak edib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью