Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mənə göstərilən etimadı doğrultmağa çalışacam”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasına yenidən prezident seçilən Mahir Məmmədov deyib.
FİDE-nin vitse-prezidenti vəzifəsini də icra edən funksioner jurnalistlərə açıqlamasında ona göstərilən etimada görə Azərbaycan Şahmat Federasiyasının üzvlərinə təşəkkür edib: “Hər bir şəraitimiz var. Yeni normativ sənədlər təkmilləşdirilib. Bütün komissiyaların işinə vüsət verilib. Mühüm bir iş günü oldu”.
Aytac Sahəd
İdman.biz