Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" 2-ci bundesliqada mövsümün son oyununu keçirib. 34-cü turda "Maqdeburq"un qonağı olan "qırmızı iblislər" səfərdən 1:0 hesablı qələbəylə qayıdıb.
"Football-plus.az"ın məlumatına görə, Mahir 74-cü dəqiqədə meydana daxil olub. 28 yaşlı hücumçu yaxşı mənada fərqlənməsə də, meydana çıxdığı dəqiqədə sarı vərəqə alıb.
52 xalı olan "Kayzerslautern" "futbol ili"ni 6-cı pillədə başa vurub.
Qeyd edək ki, mövsümün əvvəlində bu komandayla 3 illik müqavilə imzalayan Emreli 2-ci bundesliqada 12 oyun keçirib. 1 qolla yadda qalan futbolçu 2 "sarı"yla üzləşib. O, burda cəmi 366 dəqiqə forma geyib. Almaniya kubokunda 1 oyun keçirən Mahir 1 qolla yadda qalıb.
Bununla yanaşı, alman həmkarlarımız baş məşqçi Torsten Liberknextin onu komandada görmək istəmədiyi, yayda özünə yeni klub tapmalı olduğunu dediyi haqda xəbər dərc edib.
KƏNAN BAHADIR