Mahir Millətlər Liqasında rəmzi heyətə düşdü

18.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının qrup mərhələsinin başa çatmasından sonra turnirdə parlayan və komandalarının uğurlarında əsas pay sahibi olan ən yaxşı futbolçulardan ibarət rəmzi 11-lik açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “WhoScored” nəşrinin tərtib etdiyi mövsümün simvolik heyətində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. D Liqasındakı parlaq çıxışı ilə diqqət çəkən ən yaxşı hücumçulardan biri seçilən “Rakuv”un forvardı 7.84 reytinq xalı qazanıb.

Turnirdə keçirilən hər 4 qarşılaşmanın hamısında 90 dəqiqə meydanda mübarizə aparan millimizin üzvü rəqib qapılarına 21 zərbə endirərək 2 dəfə fərqlənib. Komanda yoldaşlarına 13 açar ötürmə verən Emreli rəqib cərimə meydançasında etdiyi 36 toxunuş və 10 uğurlu driblinqlə müdafiəçilərə ciddi çətinliklər yaradıb. O, hücumdakı aktivliyi ilə yanaşı, müdafiəyə də dəstək olaraq 7 təmizləmə, 6 müdaxilə, 6 hava duelində qələbə və 3 ötürmə kəsmə ilə komanda oyununa hərtərəfli töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью