Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mahir Emreli yeni ildə ilk rəsmi oyununu keçirmək üçün azı daha bir həftə gözləməyə məcburdu. Ona görə ki, futbolçu zədəsini hələ tam sağaltmayıb.
“Football-plus.az” xəbər verir ki, onun formasını geydiyi "Kayzerslautern" bu gün 2-ci bundesliqanın 19-cu turu çərçivəsində lideri – “Şalke-04”ü qəbul edir. Klubun sosial şəbəkə hesablarında yayınladığı matç üçün start heyətində Mahirin adı yoxdu.
Xatırladaq ki, “qırmızı iblislər” 33 xalla 5-ci sırada qərarlaşıb. Komandanın növbəti sınağı “Elvesberq”ə qarşıdı. Bu görüş yanvarın 31-də baş tutacaq. Mahirin ötən il noyabrın 10-da “Herta” ilə 2-ci bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxdığını da yadınıza salaq.
KƏNAN BAHADIR