“Mahir nəyisə bəyənməsə əsəbiləşə bilər” Kloze

30.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Mahirin emosionallığı haqda danışarkən bunları deyib:

"Mahirin sərt xasiyyəti var. Bəzən oyun zamanı nəyisə bəyənməsə əsəbiləşə bilər".

Klubun çalışdırıcısı Mahirin inkişafından çox razıdır: "Onun necə çıxış etdiyini və aydın şəkildə formasının yaxşılaşdığını görürəm".

Xatırladaq ki, Emreli bu yay Almaniya ikinci Bundesliqa təmsilçisi "Nürnberq"ə keçib. Bu mövsüm futbolçunun aktivində 3 qolu və 1 qol ötürməsi var.
Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью