Mahir Nürnberq in əsas heyətindən kənarda qalıb

22.02.2025

Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə "Nürnberq"in heyətindən kənarda qalıb.

Təmsilçimiz Almaniya 2-ci Bundesliqasının 23-cü turunda "Herta" ilə görüşün sifariş ərizəsinə daxil edilməyib.

Berlində keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Ardıcıl 3 oyunda qələbə seriyası qırılan "Nürnberq" xalını 35-ə yüksəldib. Mahirin komandası 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Cənubi Koreyadan transfer təklifi alan Mahirin adı ötən turda da sifariş ərizəsinə daxil edilməmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью