Mahir “Nürnberq”lə nə üçün razılaşmayıb?

06.05.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mövsümün sonunda “Nürnberq”dən ayrılacağı açıqlanan Mahir Emreli karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Nürnberq” Mahirlə müqaviləni uzatmaq istəsə də, oyunçunun son dönəmdəki performansı (4 oyun, 4 qol) danışıqların uzamasına səbəb olub. Mahirin daha çox maaş istəməsi və karyerasını Bundesliqada davam etdirmək istəyi razılaşmaya əngəl olub.

Mahir bu mövsüm II Bundesliqada 22 oyunda 7 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью