Mahir oynadı, komandası uduzdu

27.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” Almaniya II Bundesliqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elversberq”lə qarşılaşıb. Matç “Kayzerslautern”in məğlubiyyəti ilə başa çatıb – 1:2.

Oyuna start heyətdə başlayan Mahir 72-ci dəqiqədə əvəzlənib.

“Kayzerslautern” 3 turdan sonra 3 xalla 13-cü sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью