Mahir qələbədə iştirak etdi VİDEO

08.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Polşa çempionatında XIV turun mərkəzi qarşılaşması baş tutub.

Futbolpress.az xəbər verir ki, “Legiya” (Varşava) doğma meydanda “Rakuv”u sınağa çəkib. Gərgin və qollarla zəngin keçən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Rakuv”un heyətində Patrik Makuç, Erik Otieno və Oliverye Kviatkovski fərqləniblər.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli görüşə “Rakuv”un start heyətində başlayıb. Həmyerlimiz 58-ci dəqiqədə Otienonun vurduğu qolun ötürməsini edərək assistlə yadda qalıb. Mahir 73-cü dəqiqədə əvəzlənib.

Sözügedən epizodun videosunu buradan izləyə bilərsiniz.

Qeydə alınan nəticə:

Polşa çempionatı

XIV tur

Legiya – Rakuv 4:2

Qollar: Kasper Xodina, 56, Vahan Biçaxçyan, 63 – Patrik Makuх, 21, Erik Otieno, 58, Oliverye Kviatkovski, 61, 72

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью