Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Polşa çempionatında 11-ci turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Rakuv” səfərdə “Vyeçısta” (Krakov) klubunun qonağı olub. Gərgin keçən qarşılaşma qonaqların 2:1 hesablı iradəli qələbəsi ilə başa çatıb.
Emreli matça start “11-lik”də başlayıb və 87-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.
Bu nəticə ilə 11 oyundan sonra 2-ci qələbəsini qazanan “Rakuv” xallarının sayını 6-ya çatdırsa da, turnir cədvəlinin sonuncu, yəni 18-ci pilləsində qərarlaşıb.
Qeydə alınan nəticə:
Polşa çempionatı
XI tur
Vyeçısta (Krakov) – Rakuv (Çenstoxova) 1:2
Qollar: Lizandro Semedo, 69 – Lamin Diabi-Fadiqa, 79 (pen.), 88