Mahir qərarını verdi: “Yüksək motivasiyam var”

28.02.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Nürnberq”in hücumçusu Mahir Emreli klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı futbolçu mövsümün sonuna kimi II Bundesliqa klubunda qalacaq. Bu barədə o, instaqram hesabında paylaşım edib:

“Son günlərdə haqqımda bir neçə fərziyyə var. Şəxsən azarkeşlərə müraciət etmək və çaşqınlığı aradan qaldırmaq istərdim. “Nürnberq”in oyunçusu kimi qalacağam və həm meydanda, həm də meydandan kənarda komanda üçün əlimdən gələni edəcək. Məqsədim komandanın uğur qazanmasıdır. Burda özümü xoşbəxt hiss edirəm və yüksək motivasiyam var”.

Daha əvvəl Emrelinin “Seul” klubuna keçidi gündəmdə idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью