Mahir qol vursa da, komandası mübarizəni dayandırdı

28.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mahir qol vursa da, komandası mübarizəni dayandırdı

Azərbaycan millisinin üzvü Mahir Emreli “Rakuv”un heyətində Konfrans Liqasının pley-off mərhələsinin "Hayduk"la cavab oyununda meydana çıxıb.

QOL.az xəbər verir ki, görüş Polşanın Çenstoxova şəhərindəki "Rakuv Arena"da keçirilib. Matç Xorvatiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyun 2:2 hesabı ilə yekunlaşdığından “Hayduk” ümumi hesabda 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Start heyətində yer alan Mahir 88-ci dəqiqədə qol vuraraq hesabı 2:2 edib və oyunun əlavə vaxtda davam etməsinə şərait yaradıb. Lakin burada "Hayduk" daha 1 qol vurmağı bacarıb. Beləliklə, “Rakuv” Konfrans Liqasında mübarizəni dayandırıb.

Qarşılaşmada sonadək meydanda qalan Mahir 89-cu dəqiqədə sarı vərəqə alıb 

Qeyd edək ki, bu, 29 yaşlı hücumçunun "Rakuv"un heyətində Konfrans Liqasında 3-cü, ümumən isə 4-cü qolu olub.

"Rakuv” (Polşa) - “Hayduk” (Xorvatiya) - 2:3

Qollar: Diabi-Fadiqa, 61-pen; Emreli, 88 - Raçi, 2, Seqo, 66, Pukstas, 94
İlk oyun - 2:2

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью