Mahir sarı ilə yadda qaldı, komandası uduzdu

07.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" Almaniya 2-ci Bundesliqasında məğlubiyyət acısı yaşayıb. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı klubu 15-ci turda "Elversberq"in qonağı olub.

Emrelinin komandası hesabı açsa da, meydan sahibləri geridönüş edə bilib. Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Mahir 62-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. "Nürnberq" ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib.

Qeyd edək ki, hesabında 19 xal olan Miroslav Klozenin komandası 12-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью