Mahir Süleymanlı seçicilərlə görüşdü FOTOLAR

09.02.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 9-da Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.

Modern.az-ın məlumatına görə, qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib.

Həlli vaxt tələb edən müraciətlərin aidiyyəti qurumlara çatdırılması və operativ tədbirlərin görülməsi üçün qeydlər aparılıb.

Deputat tərəfindən müraciətlərin nəzarətdə saxlanılacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью