Mahir Süleymanlı Xaçmazda sakinlərlə görüşdü

09.06.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Mahir Süleymanlı Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib

Modern.az xəbər verir ki, iyunun 9-da Milli Məclisin deputatı Mahir Süleymanlı Xaçmaz rayonunun Sayad kəndində vətəndaşları qəbul edib. Görüşdə sakinlər bir sıra problemlərlə bağlı müraciətlərini səsləndiriblər.

Qəbul zamanı bəzi məsələlər yerində operativ şəkildə həll olunub, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün qeydə alınıb.

Deputat vətəndaşların qayğılarının daim diqqətdə saxlanıldığını və bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью