Mahir Süleymanlı YAP Şabran rayon təşkilatının konfransında iştirak edib

07.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

YAP-ın VIII Qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından irəli gələn məsələlərlə bağlı Şabran rayonunda konfrans keçirilib.

Modern.az xəbər verir ki, 6 oktyabr 2026-cı il tarixində YAP Şabran rayon təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatı Mahir Süleymanlı da iştirak edib.

Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, konfransda YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью