futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti dəfə fərqlənib.
Futbolpress.az xəbər verir ki, 29 yaşlı forvard UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər matçında qol müəllifi olub.
Meydana əsas heyətdə daxil olan milli komandamızın üzvü qarşılaşmanın 27-ci dəqiqəsində tarazlığı bərpa edən qola imza atıb.
Hazırda oyunda birinci hissə davam edir və tərəflər hesabda bərabərdir – 1:1.
Bu, Mahir Emrelinin Polşa təmsilçisinin formasında vurduğu 3-cü qoldur.
Qolu buradan izləyə bilərsiniz.