Mahir yeni klubuna “Bayatı Şiraz”la keçdi Video

18.07.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Onun rəsmi tanıtım videosunda diqqətçəkən məqam “Bayatı-Şiraz” muğamına qulaq asması olub.

Müqavilədə futbolçunun mövsümün sonunda transfer hüququnun alınmasına imkan verən satınalma bəndi də yer alıb.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью