Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Polşa çempionatında 13-cü turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Poqon”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
“Rakuv” - “Poqon” - 3:1
Qollar: Çurlinov, 5 (0:1), Makuç, 47 (1:1), Rakovitan, 73 (2:1), Pienko, 90+7 (3:1)
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 71-ci dəqiqədə, hesab 1:1 olarkən Olivier Kviatkovski ilə əvəzlənib. Millimizin hücumçusu komandasının ilk qolunda, Patrik Makuç fərqlənərkən məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, mövsümdə üçüncü qələbəsini qazanan “Rakov” xallarını sayını 9-a çatdırıb və sonuncu pillədən qurtulub. Komanda hazırda turnir cədvəlində 17-cidir.