Mahirdən növbəti qol

02.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mahirdən növbəti qol

Polşa çempionatında 2-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Rakuv” səfərdə "Şlyonsk"ın qonağı olub. Matç "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2 avqust

"Şlyonsk" - "Rakov" - 2:1

Qollar: L.Maryanats, 86, P.Samets-Talar, 90 // Mahir Emreli, 60

Qeyd edək ki, M.Emreli əsas heyətdə yer alıb və 60-cı dəqiqədə hesabı açaraq komandasını hesabda irəli çıxarıb. O, matçın 73-cü dəqiqəsində Brusberqlə əvəzlənib.

Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da fərqlənməyi bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью