Mahirə ehtiyacım var Kloze

13.02.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundan ayrıla bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Onun karyerasını Cənubi Koreyada davam etdirəcəyi iddia olunub.

Hətta Mahirin komanda ilə məşqləri dayandırdığı da bildirilib. Xəbərdə o da qeyd olunub ki, 2-ci Bundesliqanın son turunda “Maqdeburq”la oyunda ehtiyatda qalması Emrelinin narazılığını daha da artırıb. 

Komandanın baş məşqçisi Miroslav Kloze isə “Maqdeburq”la oyundan sonra verdiyi açıqlamada Mahirə ehtiyacı olduğunu deyib: "Şənbə günü Mahir üçün asan olmadı. Ona görə də bu gün onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu ona dəfələrlə demişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun (ehtiyatda qalmasının - red.) onu narahat etməməsi yanlış reaksiya olardı".

Qeyd edek ki, ötən ilin yayından "Nürnberq"də çıxış edən Mahir Emreli bu mövsüm ümumilikdə 15 oyuna 4 qol vurub, 1 qol ötürməsi edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью