Mahirin adi iki oyun sonra yenidən iştirak ərizəsində

01.03.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Almaniya 2-ci bundesliqasında 24-cü turun oyunları davam etdiriləcək.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Hannover”i qəbul edəcək. 23 oyundan sonra hərəyə 35 xal toplayan bu iki komanda 8-9-cu yerləri bölüşdürür.

Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, M.Emrelinin bu görüşün sifariş ərizəsinə daxil edilib. O, ehtiyat oyunçular sırasında yer alıb. Emreli bundan əvvəlki 2 çempionat matçında ümumiyyətlə, iştirak ərizəsində yox idi. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi.

Emreli özü isə 2 gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью