Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kayzerslautern" bu gün Almaniya 2-ci bundesliqasının 11-ci turu çərçivəsində Düsseldorf “Fortuna”sının qonağı olacaq. "Qırmızı iblislər"in bu oyunda qələbə qazanmaq ehtimalı böyükdü. Çünki rəqib uğurlu mövsüm keçirmir. 18 komanda arasında 13-cü sırada qərarlaşan kollektiv cəmi 10 xal qazana bilib.
Əlbəttə, 19 xalla 5-ci pillədə olan "Kayzerslautern" turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Ancaq "qırmızı iblislər"in zədəli futbolçuları da var. "Bild"in məlumatına görə, söhbət Ji Su Kim, Simon Asta, Kenni-Prins Redondo və İvan Prtayindən gedir. Fabyan Kunze ilə infeksiyaya yoluxan Mahir Emreli sağalıb.
Baş məşqçi Torsten Liberknext zədəli oyunçuların durumu haqda bunları deyib:
"Həkimlərdən zədəlilərlə bağlı xoş xəbərlər almışıq. Hamısı sağlamlığını bərpa etməyə yaxındı. Hadisələrin axarı ümidvericidi. Ancaq hələ dəqiq nəsə yoxdu. Hər şey oyun günü bilinəcək".
Xatırladaq ki, "Kayzerslautern"in son 7 çempionat, 1 kubok matçında Mahirin adı iştirak ərizəsinə salınmayıb.
KƏNAN BAHADIR