Mahirin fırtına qoparmaqdan başqa yolu qalmadı yoxsa Liberknext onu çarmıxa çəkəcək

29.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern”in 2-ci bundesliqanın 19-cu tur matçında xal itirdiyini yazmışdıq. Xatırladaq ki, “qırmızı iblislər” lider “Şalke-04”ün meydanından 2:2 hesablı heç-heçə ilə ayrılmışdı. Bəli, rəqibin səviyyəsini nəzərə alsaq, nəticəni qazanc saymaq olardı. Lakin qonaqların 2:0 hesabıyla öndə olması, son dəqiqələrdə buraxdığı qollar üzündən büdrəməsi arzuolunan hal deyil.

“Football-plus.az” “Bild”ə istinadla xəbər verir ki, nəticə “Kayzerslautern”in baş məşqçisi Tomas Liberknexti özündən çıxarıb. O, oyunsonrası mətbuat konfransında komandasını tənqid edib. Belə böyük üstünlüyün son anda əldən çıxmasına görə məyus olduğunu dilə gətirib.
Liberknext hətta bu matçda dubl müəllifi olan İvan Prtayinə qəzəbli olduğunu da deyib. Mütəxəssisin sözlərinə görə, xorvatiyalı qazandığı fürsətlərin əksəryyətini boşa verib. Onun dediyinə görə, yeni hücumçuya ehtiyac var və bunun üçün klub rəhbərliyinə müraciət edəcək.
Öz aramızdı, bu durum yalnız Mahirin əleyhinə işləyə bilər. Liberknext 13 oyunda 11 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan hücumçudan narazı qalırsa, Emrelinin adının iştirak ərizəsinə salınmaması təbiidi. Görünür, həmvətənimiz yaşıl meydana fırtına kimi qayıtmalıdı. Yoxsa işi düşündüyümüzdən daha çətin olacaq.
“Kayzerslautern” 20-ci turda “Elversberq”i qəbul edəcək. Bu oyun yanvarın 31-də keçiriləcək. Mahirin məhz həmin matçda meydana çıxacağı gözlənilir.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью