Mahirin komandası penaltilərdə mərhələ adladı

28.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” Polşa Kuboku çərçivəsində keçirilən gərgin matçı zəfərlə başa vurub.

Futbolpress.az xəbər verir ki, Çenstoxova təmsilçisi 1/16 final mərhələsində səfərdə “Motor” (Lublin) ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçın penaltilər seriyasında 3:1 hesabı ilə üstün olan “Rakuv” 1/8 finala adlayıb.

Millinin forvardı Mahir Emreli qarşılaşmaya ilk “11-likdə” başlayıb və 82-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.

Polşa Kuboku

1/16 final mərhələsi

Motor (Lublin) – Rakuv 1:1 (pen. 1:3)

Qollar: Mbaye Ndiaye, 51 (pen.) – Lamin Diabi-Fadiqa, 90+4

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью